AzerData olaraq müasir internet mühitinin tələblərinə cavab verən yüksək dayanıqlı infrastruktur quraraq, DDoS hücumlarına qarşı qorumanı yeni səviyyəyə daşıdıq. Artıq xidmətlərimizə 3.2 Tb/s gücündə Zero-Loss DDoS qoruma sistemi əlavə edilib. Bu texnologiya yalnız hücumların qarşısını almaq üçün deyil, eyni zamanda xidmətlərin fasiləsizliyini qorumaq üçün nəzərdə tutulub.
DDoS hücumları sistemimiz tərəfindən avtomatik şəkildə tanınır və 99.95% dərəcəsində uğurla zərərsizləşdirilir. Zero-Loss ddos qorunması ilə 2.2 Tb/s-lik hücum real vaxtda filtrlənərək xidmətlərə heç bir təsir etmədən dəf olunub. Bu, infrastrukturumuzun həm performans, həm də etibarlılıq baxımından gücünü sübut edir.
Zero-Loss texnologiyası hücum zamanı belə müştəri təcrübəsində heç bir gecikmə və ya xidmət kəsintisinin yaşanmamasını təmin edir. Trafik real vaxtda analiz olunaraq yalnız zərərli axınlar bloklanır, sağlam trafik isə tətbiqə problemsiz çatdırılır. Ənənəvi DDoS qoruma sistemlərindən fərqli olaraq, biz bütün trafiki bloklamaq əvəzinə, onu ağıllı şəkildə ayırd edirik. Bu yanaşma xüsusilə port 80/443 üzərindən xidmət göstərən veb tətbiqlər, oyun serverləri və real vaxt rejimində çalışan sistemlər üçün kritik əhəmiyyət daşıyır. Hücumlara qarşı cavab mexanizmləri lokallaşdırılmış şəkildə fəaliyyət göstərir və istifadəçilərə uyğun fərdiləşdirilə bilən qoruma strategiyalarını dəstəkləyir.
Fərdi ehtiyaclara uyğun qoruma şablonları da mövcuddur. Hal-hazırda HTTP/HTTPS serverləri, VPN xidmətləri (OpenVPN, WireGuard), RDP bağlantıları və çoxsaylı məşhur oyun platformaları üçün (məsələn, Minecraft, GTA, CS:GO, Alt:V, DayZ, MTA:SA, Valheim və s.) hazır filtrasiya ssenariləri təqdim edirik. Eyni zamanda istəyə uyğun olaraq yalnız bir server və ya IP ünvanına yönəlik xüsusi qoruma planları da hazırlayırıq.
Müştəri dəstəyi komandamız sizə hər zaman dəstək verməyə hazırdır. İstəyə əsasən fərdi Service Level Agreement (SLA) təklif edə bilərik, lakin bizim məqsədimiz budur ki, xidmət səviyyəmiz o qədər yüksək olsun ki, SLA-ya ehtiyac qalmasın.
AzerData ilə siz təhlükəsizliyinizi peşəkar əllərə həvalə etmiş olursunuz. Hücumlar istənilən vaxt baş verə bilər əsas olan budur ki, siz daim qorunursunuz. Zero-Loss prinsipinə əsaslanan xidmətlərimizlə, xidmətlərimiz fasiləsiz və etibarlı şəkildə fəaliyyətini davam etdirir. Əlaqə saxlayın, ehtiyaclarınıza uyğun qoruma planını birgə hazırlayaq.
Veb saytımız : https://azerdata.com