Rahat və təhlükəsiz müzakirə mühiti
Bu qaydalar codestack.az platformasında bütün istifadəçilər üçün keçərlidir
Ümumi qaydalar
🤝
Hörmət və tolerantlıq
Qarşılıqlı hörmət və tolerantlıq vacibdir. Etnik mənsubiyyətə, inanclara əsaslanan təhdid, təhqir və ayrı-seçkilik qadağandır.
Qayda pozulduqda ilk olaraq xəbərdarlıq edilir, təkrar halında hesab 5 gün müddətinə dayandırılır.
⚠️
Məzmun məsuliyyəti
İstifadəçilər tərəfindən yaradılan məzmun təsdiqlənmədən dərc edilir və onun məsuliyyəti müəllifə aiddir.
Hüquq pozuntuları üçün “Şikayət et” funksiyasından istifadə edə bilərsiniz (giriş tələb olunur).
Məzmun və davranış
🚫
Təhqir və ləkələmə qadağandır
Forumda insanları və ya şirkətləri ləkələmək, söymək və təhqiramiz ifadələr işlətmək qadağandır.
Yazılar yalnız məlumat məqsədi daşımalıdır.
🔗
Xarici bağlantılar
CODESTACK saytında yerləşdirilən bağlantıların məzmununa görə məsuliyyət daşımır.
Linklərin təhlükəsizliyi və düzgünlüyü təmin edilmir.
Forum qaydaları
🔍
Axtarışdan istifadə edin
Yeni mövzu açmazdan əvvəl forumu axtarın. Eyni sualı təkrarlamaq qadağandır.
Qaydaya əməl etməyənlərə 3 xəbərdarlıq edilir, davam edərsə silinir.
📝
Düzgün başlıq və tək post
Eyni mövzunu birdən çox bölmədə açmaq olmaz.
“TƏCİLİ”, “KÖMƏK” kimi diqqət çəkən başlıqlar qadağandır.
Sualınızı bir postda yazın, əlavələr üçün “Düzenlə” funksiyasından istifadə edin.
🇦🇿
Aydın Azərbaycanca
Başlıq və yazılar Azərbaycanca olmalıdır.
Texniki terminlər üçün ingilis ifadələrə icazə verilir, lakin əsas izah Azərbaycan dilində olmalıdır.
Hesab qaydaları
👤
İstifadəçi adları
“admin”, “test” və mənasız simvollardan ibarət istifadəçi adları qadağandır.
🚫
Spam və çoxlu hesab
Spam məzmun qadağandır və xəbərdarlıq edilmədən bloklanır.
Birdən çox hesab açmaq qadağandır, aşkar edilərsə üzvlük qeyri-müəyyən müddətə ləğv edilir.
Məsuliyyət və xəbərdarlıq
🛠️
Texniki risklər
Forumda verilən məsləhətləri tətbiq etməzdən əvvəl mütləq ehtiyat nüsxəsi çıxarın.
CODESTACK və istifadəçilər yarana biləcək problemlərə görə məsuliyyət daşımır.
Qaydalar bütün istifadəçilər üçün bərabər şəkildə tətbiq olunur.