sandBOX
Düzü əvvəllər bu səviyyədə etmək çətin idi, amma indi artıq AI ilə qısa serial, dorama və cinematic videolar hazırlayan çox adam var 🎬
Tam peşəkar serial səviyyəsində olmasa da TikTok, Shorts və Reels üçün rahat content çıxarmaq olur.
Mənim fikirləşdiyim ən rahat üsul belədir 👇
İş | İstifadə olunan AI |
Ssenari | ChatGPT / Gemini |
Personaj şəkli | Leonardo AI / Flux |
Video | Kling AI / PixVerse |
AI səs | ElevenLabs |
Edit | CapCut |
Məsələn əvvəlcə ChatGPT-yə səhnəni yazdırırsan:
“Koreya doraması stilində yağışlı səhnə yaz”
Sonra personaj şəkillərini yaradırsan.
Daha sonra Kling və ya PixVerse-də həmin şəkilləri videoya çevirirsən.
Ən yaxşı nəticəni hazırda Kling verir məncə. Cinematic hissi yaxşıdır.
Pulsuz tərəfinə gəlsək:
tam limitsiz deyil 😅
Amma əksər sayt:
- gündəlik free credit verir
- bir neçə account və ya fərqli AI saytları ilə istifadə etmək olur
PixVerse və Hailuo-da bəzən yaxşı free limit düşür.
Telefonla etmək də olur. Çox adam sadəcə:
ilə işləyir.
Ən böyük problem personajın hər səhnədə eyni qalmasıdır. Bəzən üz dəyişir və ya AI səhnəni pozur 😄
Amma son aylarda AI videolar çox sürətlə inkişaf edir. İndi edilənlərə baxanda 1 il sonra tam AI mini seriallar çox yayılacaq kimi görünür 🚀