Salam hərkəsə,
Mən Aztelekom GPON internet istifadəçisiyəm. Son vaxtlar müşahidə etmişəm ki, Azərbaycan daxili serverlərə upload sürəti normaldır, lakin xarici serverlərə (Avropa, Türkiyə, ABŞ və s.) upload sürəti çox aşağıdır.
Mən artıq Aztelekom-a müraciət etmişəm, amma texniki komanda problemi tam anlaya bilmir. Qeyd edim ki, mən CAT6 kabeldən istifadə edirəm, xəttdə problem yoxdur və modem/ONT normal işləyir.
Bu problemi başqa istifadəçilər də yaşayırmı? Yəni, yalnız mənim xəttimdə yox, ümumiyyətlə xarici çıxışlarda upload azalması müşahidə olunurmu?
Əlavə olaraq, kimdə varsa speedtest nəticələrini paylaşa bilər, müqayisə edə bilərik təşəkkürlər.