⭐️⭐️⭐️⭐️⭐️ Yeni Ticari əlaqələr funksiyası əlavə edildi.
Bu funksiyanın məqsədi satıcıların nə dərəcə keyfiyyətli məhsul satdıqlarını, alıcıların isə nə dərəcə istəklərini və alıcı keyfiyyətlərinin dəyərini göstərir.
Satıcılara səs vermək üçün satıcının profilində Ticari əlaqələr bölməsində alıcı olaraq, satıcıya səs verə bilərsiniz.
Alıcılara isə, işi görən satıcılar, iş gördükləri alıcının nə dərəcə də istək və təkliflərinin olduğunu, satıcı olaraq qeyd edə bilərlər ki, digər satıcılarla iş görərkən, satıcı bu alıcının digər satıcılarla nə dərəcə rahat iş gördüyünü görüb ona xidmət göstərib, göstərməyəcəyini təyin edə bilərlər.
⚠️ DİQQƏT : Yalnız biznes kateqoriyalı işarələnmiş hesablarla ticari əlaqələr qurmağınızı tövsiyyə edirik. Biznes hesablı işarəsi olmayan hesablarla alqı-satqı etməyiniz mənfi hallara gətirib çıxara bilər. Bu zaman yaranmış mənfi hallar üçün biz hər hansı ticari əlaqə təkliflərinizi (məsələn bizness işarəsi olmayan bir istifadəçiyə, mənfi səs versəniz biz bunu qeydə almayacayıq.) dəyərləndirməyəcəyik. Belə hallar üçün qarşı tərəf istifadəçini cəzalandıra bilməyəcəyik.
💡 Hərhansı bir ticari əlaqə qurarkən çalışın buradakı Şəxsi müzakirə, hər kəsə açıq müzakirə və ya xidmət müzakirəsindən funksiyasından istifadə edin ki, ticari əlaqələr bölməsində neqativ bir halı bildirərkən, sübut kimi həmin müzakirənin keçidini təqdim edə biləsiniz.