İlk öncə onu deyim ki uzin müddətdir windowsdan uzaq idim.
Yani qalmışam windows 7 zamanında.
Son 6 aydır əlimə notebook keçib. HP model. Bunada öz köhnə lenovomdan qalma 4 gb ramı dürtüb 8 ram eləmişəm. Ancaq əməliyyat sistemi yani Windows ömrümə işləyib.
Yadımdadır ki vaxtı ilə LENOVO B590 4 RAM 500 HDD ilə Corel Draw ilə dizayn yığarkən Camtasia ilə video yığırdım hələ bir Chrome ilə internetdən lazım olan şəkil videolarda axtarışlar edir hələ birdə gördün fon çıxarmaq lazım olanda Photoshop cs 2 açıb arxa fon təmizləyirdim. Rahatda işləyirdi çox nadir hallarda donar ya atardı programlardan.
Ancaq bu yeni ƏS-lər dövründə açılan HP yə win 8.1 yüklədim. Yüklədim deyəndə Lenovodan qalma 500 gb HDD ni qoşdum elə o sistemlə açıldı. Zülümdə elə orda başladı. Camtasia ilə bir videonu “4 dəqiqə” gecədən səhərə güclə bitirdim.
Nə bilime axrı uzun uzadı yazmaq istəmirəm.
Əl qərəz söhbətin əsas mənə lazım olan hissəsi video şəkil montajı edən var burda? Ya da ƏS-lərdən anlayışı olan. Bu mənim leşə uyğun hansıdır?
Daha dövrün bu vaxtında yenə windows 7 ultimate yükləmiyimdə 😀
Hansının hansı versiyasın yükləsəm məsləhətdir?
Bidə ən vacib sual Linux işlədən var? Varsa Linux hansın yükləməliyəm?
Bir onu bilirəm ki AZ-da bu cür köməklərin olduğu bir youtuber yoxdur. Axırda belə getsə özüm çəkib paylaşacağam.
Linux haqqında ümumiyyətlə məlumat tapa bilmirəm.
Flash kart olmadığı üçün 3 DVD-R disk aldım. Birinə win 8.1 yüklədim format atdım. Zibil kimi çıxdı.
Birinə linux mint yüklədim. Bilmirəm img burn ilə düz yazmadım diskə nədirsə açıldı installa qədər gəldi amma nəsə instal üçün faylları chek edirdi nə edirdi qırmızı ya çatışmayan ya tapılmayan fayllar tapdı nədi error getdi.
3 cüsünə də archiveorgdan bir win 8.1 türkcə tapdım 2 açar kodu ilə. Şərhlərdə day türklər abim sağol abim var ol dedim fsyoda düzəldi. Oda açıldı installda key istədi 2 sində yazdım yalnış key dedi.
İndi sizə zəhmət mənim bu son günlər gecəm gündüzüm yoxdur. Özüm maşın ustasıyam sadəcə programlar bu sayt php zad uşaqlıq həvəsimdi. Bu da bilirsizdə bir xəstəlikdir. Sadəcə o qədər geridən gəlmişəm ki düz qoş edə bilmirəm. Bir məsləhətdi windows ya linux ya nə bilim gedirsə HP nı androiddə eləmək olursa edərəm lijbi işimə yarasın. 🤪🤪🤪🤪
Yardım əlinizi uzadın mənə.
Video şəkil montajların əsasən uşaqların məktəbində tədbirləri və öz işimlə bağlı youtube çəkilişlərin edirəm deyə lazımdır.
Davinci deyirlər təzə çıxıb yüklədim açmadı mənim cihaz. Ona görə mən elə köhnənin Camtasiası ilə kifayətlənirəm. Şəkil üçündə elə Corel köhnə versialar bəs edir. Bir də Chrome olsa fsyo 😀
Köməklərinizi və ya ən azından öz fikrlərinizi gözləyirəm.