AzerData By_Ceza Salam bütün hostinq ehtiyaclarınızı qarşılayacaq xidmətlərimiz var. Serverin şəbəkə vəziyyəti ilə bağlı məlumat linkdən əldə edə bilərsiniz. https://status.azerdata.com/az
By_Ceza Neçə aydı Ourhostdan istifafə edirdim super işləyirdi. Ama uje 2 ci dəfədi saytım bağlanır saatlarnan işləmir gah donur. Əsasən şənbə bazar günləri. Buda seoya çox mənfi təsir göstərir.
By_Ceza Digər forumda şikayətlər vardı azerdatadan. Şikayətçinin hostu mənim saytımdan qat qat aşağıdır ama donub qalırdı. Mənə donmayan server lazımdı. Mürvətin serverindən xəbəri olan var? Ora yenə donur?
Davudov By_Ceza Digər forumda şikayətlər vardı azerdatadan. Şikayətçinin hostu mənim saytımdan qat qat aşağıdır ama donub qalırdı. Mənə donmayan server lazımdı. Mürvətin serverindən xəbəri olan var? Ora yenə donur? Codestack hal-hazırda Azerdata.com serverindən istifadə edir və hazırda heç bir donma, yüklənmə problemi müşahidə olunmur. Sayt stabildir və normal işləyir.
AzerData By_Ceza Saytın donmadan işləməsini istəyirsinizsə saytın tələblərinə uyğun paket almalısınız hər hostinq paketi üçün ram və cpu limitləri təyin edilib bu limiti aşdıqda saytda donma yaranır həlli isə bir üst paketi əldə etməkdir 128mb ram təyin edilən paket ilə bir saytı ömür boyu fəaliyyətdə saxlamaq olmaz əgər olsaydı digər paketlərə ehtiyac qalmazdı.
mmirzaagha yəni online çatda yazıdığınız təcili məsələlər üçündü. İstənilən saytda. Amma ticket açanda, artıq rəsmi müraciətdi ki, orda seçirsən texniki şöbə.
By_Ceza mmirzaagha zəng edib danışmışam 2 dəfə artıq 6 saatdı bütün saytlarım bağlıdır. Aylığıda bu gün ödəmişdim gərək ödəmiyərdim. Artıq serveri tərk etmək vaxtı çatıb max gələn ayıda yola verib çıxacam.
By_Ceza Schwarz neçə aydı ordayam. Açığı çıxmaqda istəmirəm ordan. Ama məcbur edirlər. Saytım qalxmaq istəyəndə kökündən balta vururlar düşür aşağı yenidən böyüyəndə yenə eyni şey. Deyirlər eyni anda çox istifadəçi daxil olur bunu məndə bilirəm axı. Bütün paketlərə də 1gb ram daxildi. Onçün problem qaçılmazdı. Yenə donacaq bağlanacaq.
AzerData By_Ceza Sizə son təklifimiz dəstək məqsədi ilə digər hostinq provayderdə aldığınız hostinq paketinin son tarixinə dək istədiyiniz hostinq paketini təklif edə bilərik ödənişsiz. :
Schwarz By_Ceza Yenədə öz seçiminizdir , lakin mənə görə ən rahat, ən sürətli və keyfiyyət baxımından OurHost-dur.