Salam , mən junior səviyyədəyəm və PHP ilə session işlədərkən problem yaşayıram. Aşağıdakı kodu yazmışam, amma session dəyişənim hər dəfə səhifəni yeniləyəndə sıfırlanır. Harada səhvə yol verdiyimi başa düşə bilmirəm.
session_start();
$_SESSION['counter'] = $_SESSION['counter'] + 1;
echo "Səhifəyə ".$_SESSION['counter']." dəfə daxil olmusunuz.";
Bunu necə həll edə bilərəm? Session niyə sıfırlanır?