Alwinner H3 nədir?
Allwinner H3 yüksək performanslı emal və yüksək səviyyəli funksiya inteqrasiyasını təmin edən dördnüvəli OTT Box prosessorudur.
Nümunədə R69 olan Alwinner H3 prosesoruna fərqli bir proqram təminatı yazılır. Normalda bu tv box Android 7 ilə və standart proqram təminatı il işləyir. Bu gün ilə bu həm köhnəlmiş həmdə çox zəif işləyir. İnternetdə araşdırdım, aşağıdakı videodakı addımları izlədim və həmin tv box-umu android versiyasını yenilədim. Tamam fərqli proqram təminatı ilə açıldı. Çox sürətli oldu. Bütün proqramlar artıq SMART TV -lərdəki kimi görünüşdə açılır.