🌍️ OURHOST:
İlk növbədə müştəri müraciət edəndə NS-ləri yeni dəyişmişdi. Və DNS-i yoxladıqda bu informasiya əks olunurdu (skrinşotdakı).

Xətada açıq şəkildə qeyd edilir ki, dost.ws - başqa IP-yə yönəlib. Ona görə də SSL quraşdırıla bilmir. Xətanın ingiliscə orijinalı: “The domain “dost.ws” resolved to an IP address “104.251.111.203” that does not exist on this server”.
NS-lərin yeni dəyişilməsi səbəbindən biz hesab etdik ki, hələ NS-lər tam delegerasiya etməyib və hələ də köhnə serverə baxır. Bununla bağlı ona sual da vermişik ki, nə vaxt dəyişmisiniz? Dedi ki, təxminən 1 saat olar. Xətadakı yazı və DNS yoxlamasını da onu göstərirdi ki, NS-lər hələ də başqa serverə yönəlib. Biz ona gözləməyi tövsiyə etdik.
Üstündən saatlarla keçməsinə rəğmən yenə də məsələ həllini tapmadı və biz əlavə araşdırma açdıq. Araşdırma nəticəsində bəlli oldu ki, müştəri saytın müstəqil şəkildə köçürən zaman həmin DNS qeydlərini də olduğu kimi köçürüb. Nəticədə SOA qeydlər və digərləri köhnə serverə baxırdı.
Biz bunu düzəltdik və özünə də məlumat verdik. Ancaq müştəri artıq NS-ləri köhnə hosta yönəltmişdi.
Müştəri iddia edir ki, qayıdan kimi düzəldi. Bunun çox sadə cavabı var. Ona görə düzəldi ki, DNS zatən köhnə serverə point edilmişdi. Nəticə: müştəri yanlış formada köçürmə edib və xətalar da onu göstərirdi ki, NS-lər hələ qüvvəyə minməyib. Problemin kökünü tapmaq üçün göpzləmək lazım idi. Bundan əlavə müştəri iddia edir ki, ona cavab verilmir. OUR Host - Azərbaycan Host Provayderinin açıq şəkildə yayımladığı reqlamentə əsasən çatda operatorların dərhal cavab verməsinə zəmanət verilmir. Hər bir istifadəçi sorğu vasitəsilə yazmalıdır. Çat - əlavə tədbirdir.
Müzakirəyə daxil deyil, sadəcə nə vaxtsa, kimsə belə bir problemlərlə rastlaşarsa,buradakıları diqqətlə oxusun, bəlkə bir faydamız olar.